Bakının Xətai rayonunda ər arvadını amansızcasına döyüb.
Lunar.az xəbər verir ki, Əhmədli qəsəbəsi, Qədir Məmmədov küçəsində evlərdən birində yaşayan Rəsmiyyə Niftullayeva ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən ölümcül döyülüb.
Yaralı xəstəxanaya gətirilərək reanimasiya şöbəsinə yerləşdirilib.
Baş nahiyəsinin əzilmiş-kəsilmiş yarası alan Rəsmiyyə Niftullayevanın vəziyyətini həkimlər kafi qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.