Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
DİQQƏTLİ OLUN! Metropark-da qanun adı altında qanunsuz cərimələnə bilərsiniz - FOTOFAKT

DİQQƏTLİ OLUN! Metropark-da qanun adı altında qanunsuz cərimələnə bilərsiniz - FOTOFAKT


Piyadaların yolun (və ya küçənin) digər tərəfinə təhlükəsiz keçməsini təmin etmək üçün yolun üzəri ilə müəyyən edilmiş, yeraltı və yerüstü tikilmiş yerlər var ki, yol polisləri qanun adı altında vətəndaşları qanunsuz şəkildə cərimələyir.



Lunar.az
xəbər verir ki, vətəndaşların şikayəti əsasında məlum olub ki, Nərimanov rayonu, Təbriz küçəsində nə piyada keçidi, nə də ki piyadalar üçün nəzərdə tutulmuş yol nişanı olmadığı halda yol polisləri Metropark tərəfdən əks tərəfə keçmək istəyən vətandaşları cərimələyirlər.

Ərazidə olan yol polisindən piyadalar üçün nəzərdə tutulmuş piyada keçidini soruşsaq da, həmin zolaqların zamanla silindiyini və bərpa olunmadığını bildirib. Bəs piyadalar üçün nəzərdə tutulmuş yol nişanı hardadır deyə soruşsaq da onun da bərpa olunmalı olduğunu bildirib.

"Heç bir yol nişanı olmadığı halda biz Metroparkadan çıxıb əks istiqamətə keçmək istəyiriksə cərimələnəcəyikmi?" deyə soruşduqda isə "Bəli" cavabı aldıq. Səbəbini isə Baş Dövlət Yol Polis idarəsindən öyrənməyimizi məsləhət gördülər.//BiG.AZ

















İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ