Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
DƏHŞƏTLİ XƏBƏR! Azərbaycanda faciəvi qəzada ölənlərdən biri hamilə imiş...

DƏHŞƏTLİ XƏBƏR! Azərbaycanda faciəvi qəzada ölənlərdən biri hamilə imiş...

Ötən gün Salyan və Biləsuvarda baş verən ağır yol qəzalarında 1-i hamilə qadın olmaqla, 8 nəfər dünyasını dəyişib.

Lunar.az trend-ə istinadən bildirir ki, dünən axşam saatlarında Salyanda 2 maşının toqquşması nəticəsində 4 nəfər dünyasını dəyişib.

Ölənlərin hamısı qadın olub. Qadınlardan biri hamilə olub. Hadisə nəticəsində yaralanan 2 nəfər kişidən biri əməliyyat edilib. Əməliyyat edilən yaralının vəziyyəti ağır, digər yaralının vəziyyəti isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, Biləsuvarda "KAMAZ" markalı yük avtomobili və "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Səhiyyə Nazirliyindən bildiriblər ki, yaralı əməliyyat edilib, onun vəziyyəti ağırdır.








Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ