Moskvada bomba həyəcanı yaşanıb.
Lunar.az-ın məlumatına görə, naməlum şəxs və ya şəxslər polis idarələrinə zəng edərək, Qırmızı meydanda, vağzallarda və televiziya mərkəzlərində partlayıcı qurğuların yerləşdirilməsi barədə məlumatlar verib.
Dərhal hərəkətə keçən hüquq-mühafizə orqanlarının əməkdaşları ümumilikdə 20 mindən çox insanı sözügedən ərazilərdən təxliyyə edib. Əməliyyat-istintaq tədbirləri davam edir.