Bakıda 5 yaşlı uşağını boğaraq öldürməkdə təqsirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lunar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
O, bildirib ki, Nazilə Qulubəyova hadisəni törədən zaman anlaqsız vəziyyətdə olub: “Buna görə də o, cinayət məsuliyyətindən azad edilməlidir”. Prokuror
Nazilə Qulubəyovanın ixtisaslaşmış psixiatriya stasionar müəssisəsinə müalicəyə göndərilməsini istəyib.
Məhkəmə müşavirədən sonra hökm elan edilin. Hökmə əsasən, qadın cinayət məsuliyyətindən azad edilib.
Amma onum barəsində həbs qətimkan tədbiri dəyişdirilməyib və 1 saylı Respublika Psixiatriya Xəstəxanasına müalicəyə göndərilib.
İstintaq belə nəticəyə gəlib ki, Nazilə Qulubəyova imperativ xarakterli görmə və eşitmə hallüsünasiyaları növündə ruhi xəstəlikdən əziyyət çəkir.
İttihama görə, Nazilə Qulubəyova 11 oktyabr 2016-cı ildə saat 18:00 radələrində yaşadığı Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 15 ünvanında yerləşən mənzildə 2011-ci il təvəllüdlü azyaşlı oğlu Fərid Qulubəyovun bədənindən ehtimal etdiyi pislikləri çıxarmaq niyyəti ilə onun əllərini arxadan ağ rəngli uşaq poliveri ilə, ayaqlarını isə köynəklə bağlayaraq tənəffüs yollarını əllə qapadıb. Yaranmış mexaniki asfiksiya nəticəsində köməksiz vəziyyətdə olan azyaşlı hadisə zamanı dünyasını dəyişib.
Dini təriqət üzvü olan Nazilə Qulubəyova guya “pis ruhlar”ı oğlunun ağız nahiyəsinə əski parçası tutmaqla sıxıb, nəticədə, uşaq boğularaq ölüb. Hadisədən bir gün sonra qadının “Üzüm sahəsi və İsa peyğəmbər” sektasının üzvü olması müəyyən edilib. Adı çəkilən sektanın üzvləri qırmızı rəngli meyvələrin şirəsini İsa peyğəmbərin qanı ilə assosiasiya edərək içirlərmiş.
Qətldən iki gün əvvəl Nazilə Qulubəyovaya bir şüşə çaxıra bənzər maye və çörək veriblər, “bu İsanın qanıdır” deyiblər. Qadın da həmin mayeni içib, sekta üzvləri ilə birgə İsa peyğəmbəri çağırmaqla bağlı mahnı oxuyanlara qoşulub. Bu anda İsa peyğəmbərin işıqlı simasını gördüyünü sekta üzvlərinə deyib.