Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Yaşı 65-dən yuxarı şəxslərin avtobus sürməsi qadağan edildi (lunar.az)

Yaşı 65-dən yuxarı şəxslərin avtobus sürməsi qadağan edildi (lunar.az)

Yaşı 65-dən yuxarı şəxslərin avtobus sürməsi qadağan edildi (lunar.az)


Azərbaycanda avtobus sərnişin daşımaları ilə bağlı sürücülərə qoyulan tələblər dəyişdirilib.

Bununla bağlı Milli Məclisdə “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Qanuna əsasən hazırda avtobuslarla sərnişin daşımalarına “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən, “DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 24-dən və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan sürücülər buraxılır.

Dəyişikliyə əsasən, avtobuslarla sərnişin daşımalarına “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 22-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), “DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən çox olmayan və “D” kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) sürücülərin buraxılması təklif edilir.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, “D” kateqoriyası üzrə 22 yaş həddi qoymaq məntiqli görünmür, çünki avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübənin beş ildən az olmaması şərti qoyulur: “Ona görə də yaş həddi 23 yaşa qaldırılmalıdır, bu barədə qanunvericilik təşəbbüsü ilə çıxış edən orqanla müzakirə aparılmalıdır”.

YAP icra katibinin müavini Siyavuş Novruzov Nəqliyyatı İntellektual İdarə Edilməsi Mərkəzinin fəaliyyətini tənqid edib: “Guya intellektual idarəetmədir, işıqforda bir tərəfdə nəqliyyatın hərəkəti üçün 2 dəqiqə, digər tərəfə bir neçə dəqiqə verilir. Belə olmaz”.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib. (APA)








Miriş Soltanov от 18 fevral 2016 19:49
Bu Pis Olacaq.Cavan Sürücülər Avtomobili Pis İdarə Edirlər.
Prinsesa от 21 fevral 2016 00:18
cavvnar duz emmeli surmuller hec -_-
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ