İsmayıllı rayonu Sumağallı kəndində yerləşən "Yaşıl məkan" istirahət mərkəzində faciəvi hadisə baş verib.
Lunar.az xəbər verir ki, yerli sakinlərin məlumatına görə, dincəlmək üçün istirahət mərkəzinə gələn turistlərdən 3-ü hovuzda çimərkən suya elektrik enerjisi keçib. Onlardan ikisi həyatını itirib, birini isə xilas etmək mümkün olub.