Keçmiş futbolçu Deyvid Bekhem son paylaşımı ilə gündəmə gəlib.
Lunar.Az Britaniya mediasına istinadla bildirir ki, 4 uşaq atası sosial şəbəkədə qızı Harper ilə çəkilən şəklini yayıb.
Foto izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Buna səbəb isə futbolçunun 5 yaşlı qızını dodağından öpməsi olub.
İzləyicilərin bir qismi şəkli bəyənsə də, çoxu futbolçunu bu hərəkətinə görə qınayıb.