Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
SON DƏQİQƏ! Cəbhədə GÜCLÜ DÖYÜŞ GEDİR: İTKİ VAR - VİDEO

SON DƏQİQƏ! Cəbhədə GÜCLÜ DÖYÜŞ GEDİR: İTKİ VAR - VİDEO

Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi məhv edilib.

Müdafiə Nazirliyindən Lunar.az-a verilən məlumata görə, cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi bölmələrimiz tərəfindən məhv edilib.

Düşmən itkilərə məruz qalıb.

Xatırladaq ki, mayın 30-da gecədən başlayaraq mayın 31-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan, o cümlədən 82 və 120 millimetrlik minaatanlardan istifadə edilməklə mövqelərimiz və cəbhənin Tərtər, Ağdam və Füzuli rayonları ərazisində bir sıra yaşayış məntəqələrimiz atəşə tutulub.

Müdafiə Nazirliyi xəbərdar edib ki, Ermənistan silahlı qüvvələri bölmələrinin bu cür təxribatları təkrarlanarsa, Azərbaycan Silahlı Qüvvələri uzaq məsafədəki hədəfləri vuran artilleriya sistemlərini tətbiq etməklə düşmən müdafiəsinin dərinliyindəki yaşayış məntəqələrini atəşə tutacaq.

Videonu təqdim edir:










İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ