Türkiyədə ailə faciəsi yaşanıb.
"Hürriyet" xəbər verir ki, Türkiyənin Qaziantep şəhərində psixoloji problemləri olan 33 yaşlı Mustafa Öztürkmen evini yandırıb, 28 yaşlı xanımını bıçaqlayaraq öldürüb.
Onların qızları isə evdə tüstüdən boğularaq ölüb.
Kişi arvadını öldürdükdən sonra həmin bıçaqla özünü öldürmək istəyib. Lakin, ölməyib.
Hadisə ilə bağlı araşdırma aparılır.