Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
İşə qəbul olmaq istəyənlər üçün fürsət

İşə qəbul olmaq istəyənlər üçün fürsət

İşə qəbul olmaq istəyənlər üçün fürsət


“Bu il ilk dəfə olaraq işə qəbul olmaq istəyən gələcək müəllimlər üçün elektron formada sınaq imtahanındakı mühit və suallar real imtahana uyğun idi”.
Bunu Lunar.az-a açıqlamasında Təhsil Nazirliyi nəzdində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Mətbuat katibi Tofiq Sadıxov deyib.
Onun sözlərinə onlayn sınaq imtahanı namizədləri real imtahana hazırlamaq və keyfiyyəti artırmaq məqsədi daşıyır:
“Bu işə qəbul imtahanının sınaq variantıdır. Namizədlər nəticələrini həmin anda bilir, neçə suala düz, neçəsinə səhv cavab verdiklərini öyrənir. Burada həmçinin səhv cavablara baxıb, düzgün cavabı öyrənmə imkanı da verilir. Təhsil İnstitunun Təhsil Texnologiyaları Mərkəzi tərəfindən təşkil edilən imtahanda 200-ə qədər namizəd iştirak edib. Bu maraq diqqətə alınaraq sınaq imtahanlarının ayda iki dəfə təşkil edilməsi nəzərdə tutulub. Növbəti sınaq 16 apreldə olacaq, lakin bu aprelin 2-də keçirilmiş sınağın təkrarıdır”.
Belə sınaq imtahanlarının regionlarda təşkil edilməsinin gündəmdə olmadığını deyən nazirlik rəsmisi, ilk sınaq imtahanında fərqlənən şəhərlərdən də danışdı: “Bakı və Sumqayıt daxil olmaqla, 13 rayon müəllimlərinin qatıldığı imtahanda Bakı və Şirvan müəllimləri iştirak sayına görə fərqləndilər. Keyfiyyətə gəldikdə isə burada fərqlər var. İştirakçılar arasında hazırlığa getmədən özünü sınayan, həmçinin neçə illərdir hazırlaşanlar da var idi. Ona görə də imtahan nəticələri də buna görə fərqlənirdi”.
Onlayn sınaq imtahanlarının bir mərkəzə gəlmədən, iştirakçıların istədiyi məkandan internetdə daxil olmaqla təşkil edilməsinə gəldikdə, T.Sadıxov bu cür təşkilatçılığın məhz imtahan ab-havası yaratmaq məqsədi daşıdığını dedi: “Onlayn formada sınaq imtahanı təşkil edən müxtəlif saytlar var. Lakin bizim imtahanları real məkanda təşkil etməkdə məqsədimiz real mühiti yaratmaqdır. Yəni namizədlər burada imtahan həyəcanını da yaşayır. Sınaq imtahanındakı bütün proseslər məhz imtahanda olduğu kimidir”.
Onlayn sınaq imtahanı təşkil edən özəl kurslarda sualların işə qəbul imtahanı sualları ilə nə qədər uyğun olması barədə isə nazirlik rəsmini fikir bildirə bilməyəcəyini dedi: “Həmin kursların təşkil etdiyi suallardan xəbərsizəm. Ona görə də, biz müəllim olmaq istəyən namizədləri sınağa dəvət edirik ki, real imtahanda onlara veriləcək suallardan məlumatlı olsunlar. Çünki sınaq imtahanlarında əvvəlki illərdə müəllimlərin işə qəbul imtahanında istifadə edilmiş suallardan istifadə etmişik. Bu sınaqda iştirak edənlər işə qəbul imtahanına təxmini necə hazırlaşmalı olduğunu biləcək. Elektron sınaq imtahanlarında həm namizədlərin təcrübəsini, həm də imtahana yanaşmada ciddiyyətini artırmaq istəyirik. Bu cür sınaq imtahanları işə qəbul imtahanında daha yaxşı nəticələrin əldə edilməsinə təsir edəcək”.
Qeyd edək ki, sınaq imtahanında fərqlənənlər Təhsil Texnologiyaları Mərkəzinin müəllim işə qəbuluna hazırlıq kurslarından güzəşt əldə edəcək. olan 13 fənnin hər biri üzrə yox Sınaq imtahanında ən çox bal toplamış 1 nəfər 100%, 2-ci ən yaxş nəticə göstərən 50%, 3-cü ən yaxşı nəticə göstərən iştirakçı isə 30% güzəştlə bu fürsətdən yararlana bilər.
Növbəti sınaq imtahanlarına qeydiyyatdan keçmək istəyənlər Təhsil Texnologiyaları Mərkəzinin səhifəsinə yaza bilərlər.
(publika.az)








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ