Bölgələrdə heyvan bazarlarında bahalaşma müşahidə olunur. Həm iri, həm də xirdabuynuzlu heyvanların qiyməti xeyli artıb.
Bölgələrdə iri və xırdabuynuzlu heyvanların qiyməti artıb.
Lunar.az bildirir ki, Tovuz bazarında xeyli bahalaşma müşahidə olunur. Qiymət artımı əsasən son 2-3 ayda baş verib. Satıcılar alıcılıq qabiliyyətinin zəif olmasından gileylənir.
Qiymətlərin artmasına səbəb kimi yem məhsullarının bahalaşması göstərilir.
Sabirabadın Şəhriyar kəndində yerləşən heyvan bazarında da qiymətlər xeyli artıb.
Burada da əksər satıcılar alıcı qıtlığının yaşandığını desələr də, satışdan razı qalanlar da var.
Sabirabad da heyvanların bahalaşması yemin qiymətinin artması ilə əlaqələndirilir.
mənbə: xezerxeber