24 yaşlı Aleksandriya Vera 13 yaşlı şagirdindən hamilə qaldığı üçün cəzalandırılıb. Onun məhkəməsi başa çatıb. Məhkəmənin hökmü ilə əxlaqsız qadın müəllim 10 il müddətinə azadlıqdan məhrum olunub.
Lunar.Az DailyStar-a istinadən bildirir ki, Texasın Oldin şəhərindəki "İntepedent Scholl"da müəllim işləmiş 24 yaşlı Aleksandriya Vera 13 yaşlı şagirdlə 9 ay ərzində "eşq münasibət"lərində olub.
"Oğlanın valideynləri münasibətlərimizdən xəbərdardılar və hətta bəyənirdilər. Qızım isə ona "ata" deyirdi", - Aleksandriya məhkəmədə söyləyib.
Prokuror çıxışında deyib ki, A.Vera 2015-ci ilin sentyabrın 30-dan 2016-cı ilin yanvarın 20-dək 13 yaşlı şagirdi ilə dəfələrlə intim münasibətlərdə olub.
Sonucda A.Vera 13 yaşlı məşuqundan hamilə qalıb.
A.Vera həbsxanaya göndərilməyib və ona şərti cəza verilib. O, 100 min dollar məbləğində pullu zaminə buraxılıb. Hökmə görə, A.Veraya məşuqu ilə hər hansı formada təmaslar qəti qadağan olunub. Özü ilə GPS treker gəzdirəcək A.Veraya axşam saat 20.00-dan səhər saat 07.00-dək evini tərk etmək də qəti qadağan olunub.
Bu şərtlərdən biri pozularsa, A.Vera həbsxanaya göndəriləcək.