Amerikada seçkilərin nəticələri qızılın qiymətini artırıb.
lunar.az xəbər verir ki, beynəlxalq bazarda qızıla tələb artıb. Nəticədə, qiymətli metalın unsiyası 5 faiz yüksələrək 1.337 dollar təşkil edib.
Onu da qeyd edək ki, bu, günorta saatlarına olan qiymətdir. Səhər 10.40-da qızıl 1.319 dollar səviyyəsində tarazlaşmışdı.
Qeyd edək ki, ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gəlib.