Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan prezident İlham Əliyev həmin ölkənin vitse-prezidenti və baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumla görüşüb.
ANS PRESS-in məlumatına görə, Şeyxin iqamətgahında baş tutan Məhəmməd bin-Rəşid Əl-Maktumlanın yeganə varisi Şeyx Həmdan bin Raşid Əl Maktum da iştirak edib.
Dumay əmiri prezident İlham Əliyevə BƏƏ-nin Marsdakı missiyası ilə bağlı nəşr etdirdiyi kitabını hədiyyə edib.
Regional və beynəlxalq məsələlərlə bağlı bir sıra mövzuların müzakirə edildiyi görüşdə iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi vurğulanıb.
Azərbaycan və BƏƏ arasında dəniz nəqliyyatı sahəsində institusional əməkdaşlıq və ölkələr arasında informasiya və kommunikasiya texnologiyaları üzrə anlaşma memorandumu imzalanıb.