Avtobus sürücüsü yol polisinin kameraları qarşısında görün nələr edir - VİDEO
İctimai nəqliyyatda fəaliyyət göstərən avtobus sürücülərinin mütəmadi olaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozması onlarla bağlı daha sərt tədbrilərin görülməsini tələb edir. Bakı nəqliyyat agentliyi daşıyıcı şirkətlərə sərt xəbərdarlıq edib. Oktyabr ayından sürücülər geniş yoxlamalara cəlb ediləcəklər.
Sərnişinlə dolu avtobus qoşa xəttin tələbini pozaraq əkstərəfli yola keçir. Əks tərəfdən də minik avtomobilləri sürətlə hərəkət edir.Avtobus həmin yoldan da qadağan edilmiş digər yola keçir.
Görüntülər Bibiheybət məscidinin yaxınlığında lentə alınıb. Əksər avtobuslar 20-ci sahə yaşayış məntəqəsinə daxil olmaq daha az məsafə qət etmək üçün bu cür təhlükəli qayda pozuntusuna yol verirlər.
Bu avtobus sürücülərinin yol verdiyi ilk qayda pozuntusu deyil. Bakı Nəqliyyat Agentliyinin sözçüsü Nuridə Allahyarovanın dediyinə görə avtobus sürücülərinin yol verdikləri qayda pozuntuları hələ də plan əsasında işləmələridir. Amma səbəblər bununla kifayətlənmir
Bakı Nəqliyyat Agentliyi tərəfindən daşıyıcı şirkətlərə bir daha sərt xəbərdarlıq edilib
Oktyabr ayından etibarən isə sürücüləri böyük yoxlamalar gözləyir.