Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ərini həbs etdilər: Qadın özünü doğradı - ŞƏKİDƏ.

Ərini həbs etdilər: Qadın özünü doğradı - ŞƏKİDƏ.

Ərini həbs etdilər: Qadın özünü doğradı - ŞƏKİDƏ.



Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, bu gün səhər saat 09:30 radələrində Şəki şəhəri M. Əliyev keçəsi ev, 21 ünvanında yaşayan Səyyarə Firuddin qızı Cəfərova sol qolun bilək nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya daxil olub.

Müayinəsi zamanı biləyində 4 paralel və uzunluğu 5-6 sm kəsilmiş yarası olan S. Cəfərova bildirib ki, ötən gün əri həbs edildiyi üçün kəsici alətlə intihar etmək məqsədi ilə biləyini kəsib. S. Cəfərovanın yaraları cərrahi yolla işləndikdən sonra evə buraxılıb.

Rayonun hüquq-mühafizə orqanlarından verilən məlumatda S. Cəfərovanın ərinin tutulmasına etiraz olaraq intihara cəhd etməsi faktı təsdiqlənib. Bildirilir ki, S. Cəfərovanın əri 1987-ci il təvəllüdlü Tural Şəhriyar oğlu Musayev narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə ötən gün Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, ondan tiryək götürülüb.

Faktla bağlı araşdırma aparılır.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ