Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
BİABIRÇILIQ! Şəhid xanımı ərinin ölüm kağızını ala bilmir

BİABIRÇILIQ! Şəhid xanımı ərinin ölüm kağızını ala bilmir

BİABIRÇILIQ! Şəhid xanımı ərinin ölüm kağızını ala bilmir




Briqada komandiri, polkovnik-leytenant Raquf Orucovun ailəsindən sonra Müdafiə Nazirliyinin şəhidlərə münasibətindən daha bir ailə şikayət edib.

lunar.az bizimyol.info-ya istinadən xəbər verir ki, bu ilin aprel döyüşlərində ağır şəhid olan Rəhim Tağıyevin xanımı Vüsalə Tağıyeva deyir ki, o səhhətində problemləri olmasına baxmayaraq günlərdir məmurların əlində oyuncağa dönüb.

Şəki, Mingəçevir və Bakıdakı məmurlar arasında qaldığını deyən xanım indiyə qədər ərinin ölüm kağızını ala bilmədiyini söyləyib.

Bu başqa sözlə həm də o deməkdir ki, Müdafiə Nazirliyinin sənədlərini yubatdığı növbəti şəhid ailəsi həm də dövlətin onlar üçün nəzərdə tutduğu müavinətləri əldə edə bilmir.

Vüsalə Tağıyeva söyləyir ki, Mingəçevir şəhər içra hakimiyyətindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli idarəsindən ona bildirilib ki, məsələnin həlli yolu ancaq Müdafiə Nazirliyinin sənədləri təcili olaraq göndərməsindən keçir.

Şəhid xanımı günlərdir əlaqə saxlasalar da nazirlikdən rəsmi cavab ala bilmədiklərini söyləyib. O, bu baradə danışmaqdan mənəvi əziyyət çəkdiyini söyləyib.

“Adamı bu qədər alçaldıb heçə saymaq olmaz!”, - deyə etirazını bildirən xanım, şəhid adı vermək istəmirlərsə də biz desinlər sakitləşib oturaq, ancaq belə sayğısızlıq olmasın. “Məni həyat yoldaşım, üç balamın atası idi o”, - deyə V.Tağıyeva bildirib.

Xatırladaq ki, briqada komandiri, polkovnik Raquf Orucovun ailəsi ilə bağlı məsələ gündəmə gətirilən kimi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi məsələyə müdaxilə edərək, problemi iki gün ərzində həll edə bilmişdi.

İndi Vüsalə Tağıyeva da bu müraciətində eynii məsələyə görə həm də nazir Səlim Müslümovdan ailəsinə və övladlarına dəstək gözlədiyini bildirib.

Oxu.Az şəhid xanımının şikayəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayevlə əlaqə saxlayıb.

E.Babayevin sözlərinə əsasən, nazirliyə Rəhim Tağıyevlə bağlı sənəd daxil olmayıb.

“Nazirliyə R.Tağıyevlə bağlı sənəd daxil olan kimi Vüsalə Tağıyeva və övladları müvafiq qaydada və operativ şəkildə müavinətlə təmin ediləcəklər”, - deyə nazirliyin sözçüsü bildirib.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ