Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Sabirabadda qız üstündə DAVA!

Sabirabadda qız üstündə DAVA!

Sabirabadda qız üstündə DAVA!




Sabirabad rayonunun Əhmədabad kəndində bıçaqlanan ata və oğulun vəziyyəti orta-ağırdır.

lunar.az xəbər verir ki, bu barədə Sabirabad rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, hər iki xəstənin - 51 yaşlı Əhməd Əhmədov və onun oğlu, 26 yaşlı Xamza Əhmədov ciddi bıçaq yaraları alıb: “Atanın yanını, qolunu, oğlunun üzünü bıçaqla kəsik-kəsik, ordunu isə cırıq-cırıq ediblər. Hər ikisi qanaxma ilə xəstəxanaya gətirilib. Qanaxmaları dayandırılıb. Ağır vəziyyətdən çıxarılıb. Polis şöbəsindən gəlib hər ikisindən izahat alıblar”.

Xəstəxanadan onu da əlavə ediblər ki, bıçaqlanma hadisəsi ailə münaqişəsi zəminində baş verib: “Bıçaqlayan şəxslər ata və oğulun qohumudur. Onlar qohumlarının qızını alıblar. Kişi deyir ki, qız evinin adamları qəfildən üstlərinə hücum çəkib”.

Qeyd edək ki, Sabirabad rayonunun Əhmədabad kəndində bıçaqlanma hadisəsi qeydə alınıb. Məlumata görə, həmin kəndin sakinləri, 51 yaşlı Əhməd Hafiz oğlu Əhmədov və onun oğlu, 26 yaşlı Xamza Əhməd oğlu Əhmədov qohumları tərəfindən bıçaqlanıb./aznews.az/

10:27
Sabirabadda dəhşətli bıçaqlanma hadisəsi baş verib.

lunar.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Əhmədabad kəndində qeydə alınıb.

İlkin məlumata görə, həmin kəndin sakinləri, 51 yaşlı Əhməd Hafiz oğlu Əhmədov və onun oğlu, 26 yaşlı Xamza Əhməd oğlu Əhmədov ailə münaqişəsi zəminində tanıdıqları şəxs tərəfindən bir neçə bıçaq yarası alıblar. Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Sabirabad rayon Polis şöbəsində araşdırma aparılır.








MeLeK от 11 avqust 2016 14:26
ALLAH KoMEK OLSUN....GOR NE ZEMANEYE GELDIK ?XEBER UCUN TESEKKURLER...
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ