Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Erməni maşınla azərbaycanlını vurdu

Erməni maşınla azərbaycanlını vurdu

Erməni maşınla azərbaycanlını vurdu



Gürcüstanda Ermənistan vətəndaşının idarə etdiyi avtomobil azərbaycanlını vurub.

lunar.az apa-ya istinadən məlumatına görə, hadisə azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Yuxarı Saral kəndindən keçən magistral yolda baş verib.

Ermənistan vətəndaşının idarə etdiyi avtomobil həmin kəndin sakini Mübariz İsgəndər oğlu Həsənovu vurub. Yuxarı Saral kənd sakini, yazıçı Əli Abbas bildirib ki, hadisəni törədən Ermənistan vətəndaşı qaçmağa cəhd etsə də, həmin yolla hərəkət edən Azərbaycana məxsus avtomobilin sahibi buna mane olub. Belə ki o, erməni sürücünün arxasınca düşərək onu dayandıra bilib. Hadisə yerinə gələn yol patrul xidmətinin əməkdaşları cinayət törədib qaçmağa cəhd edən Ermənistan vətəndaşını saxlayıblar.

Qəza nəticəsində ciddi xəsarətlər alan M.Həsənov xəstəxanaya yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti orta ağır olaraq qalır.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.








MeLeK от 6 августа 2016 23:01
Xeber ucun tesekkurler...
--------------------
Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ