Ukrayna hökuməti “Eurovision - 2017” mahnı müsabiqəsinin keçirilməsi üçün lazımi şəraitin yaradılmasına 15 milyon avro vəsaitin ayrılması haqqında qərar verilib.. Xatırladaq ki, bu il İsveçin paytaxtı Stokholmda keçirilən Eurovision mahnı müsabiqəsində Ukrayna təmsilçisi Camala "1944" mahnısı ilə ilk yeri tutub. Yarışı qəbul etmək istəyən şəhərlər arasında ilk olaraq Kiyev, Dnepr, Lvov, Odessa, Xarkov və Xerson olsa da, onlardan yalnız üçü - Kiyev, Dnepr və Odessa növbəti mərhələyə adlayıb. Ev sahibi olacaq şəhərin adı ötən ayın 27-də elan olunmalı olsa da, maliyyə məsələlərinə görə qeyri-müəyyən vaxta kimi təxirə salınıb. Xatırladaq ki, 2012-ci ilin may ayında Bakı şəhərində “Eurovision - 2012” mahnı müsabiqəsi keçirilib. Bakıda baş tutan müsabiqə “Öz məşəlini alovlandır” şüarı altında təşkil olunub.