Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Zapravka" işçisini döyən idmançılar buraxılmayıb

"Zapravka" işçisini döyən idmançılar buraxılmayıb

"Zapravka" işçisini döyən idmançılar buraxılmayıb




"İsa Əzizov və Mahir İsgəndərovun sərbəst buraxılması barədə deyilənlər əsassızdır". Bunu ANS PRESS-ə açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib.

Onun sözlərinə görə, faktla bağlı araşdırma davam etdirilir və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Bu gün İ.Əzizovun yaxın qohumu Orxan Əzizov ilə birlikdə Meksikaya qaçması barədə məlumat yayılıb.

Bu xəbərin yayılmasına əsas verən adıçəkilən şəxsin Facebook səhifəsində paylaşdığı foto olub. Fotoda onların Mexiko hava limanında olduğu qeyd edilib.


İ.Əzizovun Meksikaya qaçdığını deməyə əsas verən foto


ANS PRESS-in məlumatına görə, APA Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə İsa Əzizov və Mahir İsgəndərov barələrində 30 sutka inzibati həbs qərarı çıxarılması barədə məlumat yayıb. Təqsirləndirilən şəxslər məhkəmə qərarından apellyasiya şikayəti veriblər.

Yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.
Polis orqanlarının məlumatına əsasən, bir qrup naməlum şəxs Tbilisi prospektindəki yanacaqdoldurma stansiyasının əməkdaşını döyüb. Hadisə nəticəsində YDM-nin keşikçisi, 1988-ci il təvəllüdlü Sadiq Bağırov ağır bədən xəsarəti alıb.









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ