Bakıda avtobusdan yıxılan şəxs ölüb.
lunar.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, iyulun 20-də Suraxanı qəsəbəsində Bakı şəhər sakini Sevil Şükürova Murtuza Qəhrəmanovun 104 saylı xətt üzrə idarə etdiyi "İsuzu" markalı avtobusdan yıxılıb.
Xəstəxanaya yerləşdirilən S.Şükürova iyulun 28-də orada ölüb.
Faktla bağlı rayon prokurorluğu araşdırmalar aparır.