Hökümət sosial medianın imtahan dövründə tələbələri dərs oxumaqdan uzaqlaşdırdığını və yalan şayiələrin yayılmaması üçün girişə qadağa qoyduğunu açıqlayıb.
Efiopiya hökümətinin mətbuat katibi Getachew Reda sosial şəbəkələrin universitet imtahanına qədər bir neçə günlük bağlı olacağını deyib.
Reda,"Çərşənbə gününə qədər bu vəziyyət davam edəcək. Sosial şəbəkələrin tələbələrin diqqətini dağıtdığı artıq çoxdan sübut olunub," - deyir.
Efiopiya internet senzurasından istifadə edən, insan haqlarını müdafiə edən saytları və müxalif bloqlara qadağa qoyan ilk Afrika ölkələrindən biridir.
Bundan əvvəl də sosial şəbəkələrə girişdə problemlər yaşansa da, Efiopiya höküməti bunu texniki problemlərlə əlaqələndirmişdi.
İmtahan səbəbi ilə belə qadağanın gətirilməsi isə bütün dünyada ilk dəfə baş verir.