Aparıcı Xoşqədəm Hidayətqızının "Səni axtarıram Xoşqədəmlə" verilişi "Xəzər" telekanalına keçib.
Axşam.az-ın məlumatına görə, artıq verilişin anonsları efirə gedir.
Veriliş yeni bölümləri ilə yaxın günlərdə telekanalda yayıma başlayacaq.
Qeyd edək ki, X.Hidayətqızının "Səni axtarıram" verilişi ilk dəfə ATV-də yayımlanıb. Aparıcı ANS telekanalına keçdikdən sonra ATV ilə qalmaqal yaşamış və proqramın adını dəyişərək "Səni axtarıram Xoşqədəmlə" etmişdi. Sozügedən verilişin ANS-də yayımı bir müddətdən sonra dayandırılmışdı. X.Hidayətqızı "Deməsək olmaz"a aparıcılıq edirdi. O, analıq məzuniyyətinə gedib, proqramı İradə İsaqa həvalə etmişdi.
[media=https://youtu.be/c4WQV4EPzjk]