Türkiyədə baş verən son hadisələr zamanı həlak olan şəxslərin dəfni davam etdirilir.
lunar.az-ın məlumatına görə, bu gün dəfn edilənlər arasında prezident Rəcəb Tayyip Ərdoğanın köməkçisi Mustafa Varankın böyük qardaşı İlhan Varank da olub. İstanbuldakı "Fatih" məscidində təşkil edilən vida mərasiminə prezidentlə yanaşı, keçmiş dövlət başçısı Abdullah Gül və sabiq baş nazir Əhməd Davudoğlu da iştirak ediblər.
İ.Varankın tabutunu daşıyanlar arasında Ərdoğanın da olması diqqətdən yayınmayıb.
***
16:20
Hazırda İstanbuldakı Fatih məscidində 7 şəhidin cənazə namazı qılınır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkənin 11-ci prezidenti Abdullah Gül, Türkiyə Böyük Milli Məclisinin sədri İsmail Kahraman, sabiq baş nazir Əhməd Davudoğlu cənazə namazının qılınmasında iştirak edirlər.
Şəhidlərin son mənzilə yola salınması mərasimi Ankarada və digər şəhərlərdə də davam edir.
***
Türkiyədə baş verən qiyam nəticəsində həlak olanların son mənzilə yola salınmasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 13:00-da ölkədəki 85 min məsciddə şəhidlərin ruhuna salavat verilib, dualar oxunub.
Şəhidlərin üzəri Türkiyə bayrağı ilə örtülmüş cənazələri onların doğulduqları vilayət və şəhərlərə aparılaraq torpağa tapşırılır.