Naxçıvan torpağı şəhid verdi Xəbər verdiyimiz kimi, iyulun 14-də axşam saatlarında cəbhə xəttinin Ağdam istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu baş leytenant Məmmədov Toğrul Səyyad oğlu şəhid olub.
NAXCİVANXEBERLERİ.COM -un Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən aldığı məlumata görə baş leytenant Məmmədov Toğrul Səyyad Babək rayonu Şıxmahmud kəndində 1988-ci ildə doğulub.
Səhidin cənazəsi doğulduğu kəndinə gonderilib.
NAXCİVANXEBERLERİ.COM şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir! Allah rəhmət etsin.