Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
XİN: "20 ildə heç bir irəliləyiş əldə olunmayıb"

XİN: "20 ildə heç bir irəliləyiş əldə olunmayıb"

XİN: "20 ildə heç bir irəliləyiş əldə olunmayıb"


Hikmət Hacıyev: Minsk qrupunun həmsədrlərinin danışıqlar prosesinin inhisarçısı qismində çıxış etməyə heç bir əsası yoxdur

ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki vəziyyət ilə əlaqədar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müvafiq komitələrinin hazırladığı hesabatları və AŞPA-nın qış sessiyasında qəbul edilməsi gözlənilən qətnamələrinə dair mövqeyi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin münasibəti 2015-ci il 10 noyabr tarixli bəyanatda ifadə olunub. Bu il 22 yanvar tarixli açıqlaması ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin həllinə töhfə vermək niyyətində olan digər beynəlxalq təşkilatın fəaliyyətinə və həmçinin ciddi narahatlıq doğuran məsələ ilə əlaqədar beynəlxalq təsisata müraciət etmiş dövlətin suveren hüquqlarına müdaxiləsi Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərinin dürüstlüyünü, onlara olan inam və etimadı sual altına qoyur.

Bu fikirləri XəzərXəbər-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurası tərəfindən verilən mandatı hələ də doğrultmayıb və 20 ildən artıq bir dövr ərzində münaqişənin həllində heç bir irəliləyiş əldə olunmayıb. Belə ki, Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı davam edir, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması mümkün olmayib. Bunun da əsas səbəbi ATƏT-in Minsk qrupunun Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsinə münasibətdə nümayiş etdirdiyi barışdırıcı mövqeyidir.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin danışıqlar prosesinin inhisarçısı qismində çıxış etməyə heç bir əsası yoxdur. Mandatına uyğun olaraq, ATƏT Minsk qrupunun həmsədrləri münaqişənin həlli prosesində BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələrinin tələblərini, eləcə də digər beynəlxalq təsisatların sənədlərini nəzərə almalıdırlar.

Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət ilə əlaqədar Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının gündəliyinə çıxarılacaq qətnamələrə münasibətdə Ermənistanın təşviş içərisində olması rəsmi Yerevanın münaqişənin həllinə dair beynəlxalq ictimaiyyətin ədalətli və haqlı mövqeyindən nə dərəcədə qorxmasının daha bir göstəricisidir. Bu hal bir daha sübut edir ki, Ermənistanın məqsədi ATƏT Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqların davam etməsi imitasiyasının yaradılması ilə işğal və təcavüzə əsaslanan mövcud status-kvonun saxlanmasından ibarətdir.

Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələrinin aradan qaldırılması və regionda davamlı sülh və sabitliyin bərpa olunması istiqamətində bütün beynəlxalq təsisatların xoşməramlı fəaliyyətini və töhfəsini təqdir edir. Azərbaycan bu istiqamətdə bütün müqabil beynəlxalq təşkilatlarda fəaliyyətini davam etdirəcəkdir.










İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ