Azərbaycan A-400M "Atlas" hərbi nəqliyyat təyyarəsinin alınması imkanlarını nəzərdən keçirir. bu barədə APA-ya hərbi mənbələrdən xəbər verilib.
Azərbaycan tərəfi bu təyyarənin təqdimatında iştirak edib və imkanlarını bəyənib. Hazırda mövcud potensialın qiymətləndirilməsi və satınalma imkanları dəyərləndirilir.
"Airbus Military" şirkəti tərəfindən istehsal edilən "Atlas" təyyarəsi 4 ədəd turboprop mühərrikə sahibdir.
Təyyarənin heyəti 3-4 nəfər (2 pilot), uzunluğu 43,8 metr, qanad açıqlığı 42,4 metr, maksimum qalxma ağırlığı 141 ton, sürəti 780 km/saat təşkil edir