İyulun 1-də Mədəniyyət və Turizm Nazirliyi, Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə birinci beynəlxalq dolma festivalı keçiriləcək.
AMKA-dan lunar.az-e bildirilib ki, festivalda bölgələrimizdə bişirilən və müxtəlif çeşiddə hazırlanan 300 növ dolma yeməkləri sərgilənəcək.
Həmçinin, festivalda Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslar tərəfindən hər ölkənin ənənəsinə uyğun hazırlanan xörəklər nümayiş olunacaq.