Gədəbəydə yağan güclü yağışların nəticəsi olan sel insan ölümünə səbəb olub. ANS PRESS-in məlumatına görə, 32 Gədəbəy sakini Osman Rzayev meşədən qayıdarkən çaya yıxılıb və sel onu aparıb.
Gecə saatlarında kənd sakinləri onun meyitini hadisə yerindən 3 km aralıda aşkar ediblər.
Ümumilikdə isə sel və daşqın əraziyə ciddi ziyan vurub. Hələlik yerli sakinlər özləri fəsadları aradan qaldırmağa çalışırlar.
Sakinlərin təsərrüfatına da ciddi ziyan dəyib, mal-qara məhv olub. Hazırda Gədəbəydə hava durumu normaldır, yağmursuzdur.