ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) təsbitlərinə görə, Mars planeti 11 il sonra yenidən Yerə ən yaxın məsafədə olacaq.
Bu gecədən başlayaraq 3 iyunadək Marsı gözlə görmək mümkün olacaq.
Marsla Yer kürəsi arasındakı məsafə 230 milyon kilometrdir. 30 may- 3 iyun tarixləri arası bu məsafə 75.3 milyon kilometrə qədər azalacaq. Bu tarixlər arası axşam saatlarında, buludsuz havada Marsı adi gözlə görmək mümkündür.
Qeyd edək ki, 2005-ci ildə Mars dünya 55.758 milyon kilometrə məsafəyə qədər yaxınlaşmışdı.