İtalyan heykəltəraş Catellan tərəfindən hazırlanan Adolf Hitler heykəli, Nyu-Yorkun məşhur auksion evi Christie’s’-də 17.2 milyon dollara satıldı.Məsələnin kiçik təfərrüatlarına da nəzər salaq.
“O” adlı heykəldən cəmi üç ədəd mövcuddur. Bu heykəli xüsusi edən özəlliklərindən biri arı mumu, qətran və əsl insan saçından hazırlanmasıdır. Hitlerin diz üstə təsvir edilməsinin insanlarda oyandırdığı maraq barəsində isə danışmağa gərək yoxdur.
Heykələ arxadan baxdıqda, Hitler diz çöküb dua edən uşağa bənzəyir. Ön tərəfdən isə Adolf Hitler olduğu açıq-aydın bilinir.
Bu Catella’nın bu günə qədər satılan ən bahalı heykəlidir. Bundan öncə hazırladığı heykəl isə 7.9 milyon dollara satılmışdı. Heykələ 17.2 milyon dollar ödəyərək alan şəxsin adı isə gizli saxlanılıb.