Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ermənistanı qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmağa inandırmaq üçün Rusiyanın təsir imkanları var

Ermənistanı qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmağa inandırmaq üçün Rusiyanın təsir imkanları var

Ermənistanı qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmağa inandırmaq üçün Rusiyanın təsir imkanları var


Ermənistanı qoşunlarını Azərbaycanın işğal edilmiş regionlarından çıxarmağa inandırmaq üçün Rusiyanın təsir imkanları var. lunar.az bildirir ki , bunu tanınmış rusiyalı aparıcı və Rusiya İctimai Palatasının keçmiş üzvü Maksim Şevçenko deyib.

O bildirib: "Ermənistanı qoşunlarını çıxartmağa məcbur edə bilmərik. Kim suveren dövləti məcbur edə bilər ki? Lakin düşünürəm ki, Rusiya və İranın dinləniləcək bəzi arqumentləri Ermənistana təqdim etmək üçün resursları var".

Ekspert qeyd edib: "Ermənistan bəyan edir ki, Dağlıq Qarabağ ətrafındakı Azərbaycanın 7 rayonunu işğal etməyə davam edir, çünki onlar bufer təhlükəsizlik zonasıdır. Aydındır ki, qoşunların həmin rayonlardan çıxarılması baş verərsə, Rusiya tərəfindən təhlükəsizlik təminatı olarsa, Ermənistan bu addıma gedəcək".

M.Şevçenko əlavə edib: "Şübhəsiz ki, həmin rayonlar Azərbaycanın tam nəzarətinə keçməlidir. Ola bilsin, Azərbaycan öz tərəfindən həmin rayonlarda demilitarazasiya edilmiş zonanın yaradılmasına gedəcək".

Ekspert əlavə edib ki, təhlükəsizliyin təminatı üçün hansısa sülhməramlı qüvvələr, müşahidəçilər cəlb edilə bilər.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ