Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ Təpə" adlandırılan yüksəklik 23 ildən çoxdur ermənilərin işğalı altında idi. Lakin bir neçə gündür ki, Azərbaycan ordusu həmin ərazini erməni işğalından azad edib.
Ermənilər ərazi işğaldan azad edilənə qədər həmin yüksəklikdən Füzuli rayonunun Horadiz şəhəri başda olmaqla, Füzulinin bütün yaşayış məntəqələrini, o cümlədən Azərbaycan odusunun mövqelərini açıq-aydın müşahidə edirdilər. Bu da onlara istənilən vaxt seçdikləri mövqelərə atəş açmağa imkan verirdi.
Artıq həmin ərazidəki düşmən mövqeləri Azərbaycan ordusunun müşahidəsi altına keçib.
"Report" "Lələ Təpə" yüksəkliyi və yüksəkliyin ətrafından hazırladığı fotoreportajı təqdim edib.