lunar.az bildirir ki, "Anti-armenia Team" adlı Azərbaycanlı hakerlər qrupu Rusiyanın Ermənistandakı səfirliyinin rəsmi twitter səhifəsini dağıdıb.
Rusiyanın atəşi dayandırmaqla bağlı verdiyi bəyanata etiraz edən hakerlər, səfirliyin rəsmi twitter səhifəsində -"Rusiya görür ki, Azərbaycan ordusu Ermənistana layiqli cavab verir, dərhal atəşi dayandırmağı tələb edir. Yaxşı olar ki, Ermənistana özgə torpaqlarında nə işi olduğunu soruşasınız?!" - deyə mətn yerləşdirib.