Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ərdoğandan Əliyevə dəstək: Qarabağ geri alınacaq

Ərdoğandan Əliyevə dəstək: Qarabağ geri alınacaq

Ərdoğandan Əliyevə dəstək: Qarabağ geri alınacaq


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Azərbaycana dəstəyini ifadə edib. ANS PRESS-in məlumatına görə, Ərdoğan dəyan edib ki, Türkiyə daima Azərbaycanı dəstəkləyəcək.

Azərbaycanın Türkiyə üçün qardaş ölkə olduğunu deyən prezident azərbaycanlı qaçqınların tez, ya gec öz əzəli doğma torpaqlarına qayıdacaqlarına əminliyini bildirib.

Aprelin 2-nə keçən gecə cəbhə xəttində döyüşlər başlayan gün Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng vuraraq sonuna qədər dəstək olacaqlarını bəyan etmişdi.


Ərdoğan Əliyevə zəng etdi
"Mən qardaşım İlham Əliyevlə əlaqə saxladım. Başsağlığı verdim, o zaman döyüşlər hələ davam edirdi. Əgər erməni tərəfi atəşkəs elan edərsə və hərbi əməliyyatları dayandırarsa, Azərbaycan da atəşkəsə hazırdır. Vəziyyət əslində belədir”, - deyə, Ərdoğan bildirmişdi.

Aprelin 2-ə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.


Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub.

Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.


Cəbhədə əslində nə baş verdi?
Aprelin 4-də isə erməni silahlı bölmələri Xocavənd - Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstəriblər. Cavab olaraq Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurublar. Əks hücum zamanı erməni silahlı qüvvələrinin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib.

Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərənkomanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.

Erməni hərbi qulluqçuları vahimə içində silah-sursatlarını ataraq öz mövqelərindən qaçır, panikada olan düşmən geri çəkilir. Son saatlar ərzində birləşmələrimizin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 15 hərbi qulluqçusu şəhid olub.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ