Erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Tərtərin Azad Qaraqoyunlu kəndində iki mülki şəxs yaralanıb.
Bu barədə lunar.az-e Azad Qaraqoyunlu kəndinin bələdiyyə sədiri Rəfail Hüseynov məlumat verib. Onun sözlərinə görə, ötən gecədən başlayaraq, yaşayış məntəqələri düşmən tərəfindən atəşə tutublar:
“Dünən gecə saat 10 radələrində kənd ermənilər tərəfindən ağır artilleriya və top atəşinə məruz qalıb. Evlərə ziyan dəyib, Ülviyyə və Pərvanə adlı iki gənc qız yaralanıb. Ülviyyənin 20 yaşı, Pərvanənin isə cəmi 13 yaşı var. Onlar qəlpə yarası alıb. Hə ikisinə ilkin tibbi yardım göstərilib”.