Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Ali Baş Komandanın əmrini gözləyirik"

"Ali Baş Komandanın əmrini gözləyirik"

"Ali Baş Komandanın əmrini gözləyirik"


ANS-in çəkiliş qrupu cəbhə boyu mövqelərimizin və yaşayış məntəqələrimizin düşmən tərəfindən intensiv atəşə məruz qalması nəticəsində xəsarət alan şəxslərlə Tərtər Rayon Mərkəzi Xəstəxanasında görüşüb. ANS PRESS-in məlumatına görə, bu barədə ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Mir Şahin Ağayev onlardan biri Sadiq Əliyevlə görüşüb. Yaralı açıqlamasında bildirib ki, atışmadan xəbər tutan kimi Gəncədən Tərtərə gəlib insanlara nə lazım olduğu, onlara necə köməklik edə biləcəyi ilə maraqlanıb:

Yaralı :Hər kəsin bir sözü vardı. İrəli getmək üçün Ali Baş Komandanın əmrini gözləyirik.”
“Axşama yaxın bir yoldaşı cəbhə tərəfə gedərkən gördük. Onu getdiyi yerə apardıq. Kəndin yaxınlığına çatanda qəfil partlayış olduğunu gördük. Bir az keçəndən sonra başa düşdüm ki, bizi “minomyot”la vurublar. Özümü itirmədin və maşını tez yoldan aşağı saldım. Bir az aşağı ilə getdim ki, bizi görməsinlər. Daha sonra yenidən yuxarı yolla sürdüm və maşını xəstəxanaya çatdırdım. Daha sonra isə bizi burada müayinə etdilər”.

S. Əliyev bütün bunlara baxmayaraq əhval-ruhiyəsinin yüksək olduğunu bildirib: “Yanımdakı yoldaş əməliyyatdan sağ-salamat çıxsa əhvalım daha yaxşı olacaq. Ermənilər bilməlidir ki, bu işin geci-tezi var. Artıq bıçaq sümüyə dirənib. Nə qədər ki, qeyrətli oğullar var ermənilər öz yerlərinə qayıdacaqlar. Bir arzum var, o da, Şuşaya getməkdir. Mən hərbçilərimizlə görüşdüm. Bütün hərbçilərin əhval-ruhiyəsi yaxşıdır. Hər kəsin bir sözü vardı. İrəli getmək üçün Ali Baş Komandanın əmrinin gəlməsini gözləyirik.”


Təmas xəttində vəziyyət bu gün də gərgin olaraq qalır. Bu barədə ANS PRESS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

Qurum rəsmisi bildirib ki, ötən gecə erməni silahlı birləşmələri əsasən Tərtər, Ağdərə və Füzuli istiqamətində olmaqla cəbhəyanı ərazilərdə mövqelərimizi və dinc sakinləri olduğu məntəqələri atəşə tutublar. Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 130 dəfə pozub.

Azərbaycan Silahlı Qüvvələri düşmənə lazımı cavabı verir. Azərbaycan tərəfdən itki yoxdur. Azərbaycan Silahlı Qüvvələri əməlliyat şəraitinə nəzarəti davam etdirir. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 137 dəfə atəş zərbəsi endirib.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ