Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Polad Bülbüloğlu sərt danışdı - Səfir “Dojd” kanalına açıqlama verdi - VİDEO

Polad Bülbüloğlu sərt danışdı - Səfir “Dojd” kanalına açıqlama verdi - VİDEO

Polad Bülbüloğlu sərt danışdı - Səfir “Dojd” kanalına açıqlama verdi - VİDEO


[media=https://youtu.be/QU25jcFeQvA]

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ermənistan-Azərbaycan cəhbəsindəki son durumla bağlı Rusiyanın “Dojd” xəbər kanalına “Skayp”la müsahibə verib.

Jurnalistin aprelin 2-nə keçən gecə Dağlıq Qarabağda baş verənlərlə əlaqəli sualına cavabla müsahibəsinə başlayan səfir Polad Bülüloğlunun açıqlamaları kifayət qədər sərt və tutarlı idi. Səfir qeyd edir ki, söhbət bu gecə nəyin baş verməsindən, ya da sabahkı gecə nələrin olacağından getmir. Bu konflikt davam etdikcə hər iki tərəfdən hərbçilər, dinc sakinlər həlak olur, olacaq:

“Bu münaqişəyə son verməyin zamanı çoxdan çatıb. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, Azərbaycan Dağlıq Qarabağ konfliktinin dinc yolla həllinə tərəfdardır, ancaq sülh danışıqları nəticə verməsə, biz torpaqlarımızı işğaldan azad etmək üçün güc tətbiq edəcəyik. 21 ildir Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Hansı dövlət, hansı millət bununla barışar? Problemi həll etmək üçün ilkin səbəbi aradan qaldırmaq gərəkdir. İlkin səbəb isə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsidir”.

Səfirin fikirlərini yarımçıq dayandırdırmağa çalışan jurnalstin cəhdi boşa çıxır: “Sözümü kəsməyin. Mən fikrimi bildirim, sonra siz suallarınızı verərsiniz. BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi var. Söhbət yalnız Dağlıq Qarabağdan getmir. Məsələ Dağlıq Qarabağın ətrafındakı daha 5 rayondandır. Azərbaycan çoxdandır 5 rayonun azad edilməsi və Dağlıq Qarabağın gələcəyi ilə bağlı sülh danışıqları başlanmasını təklifini irəli sürür. Heç kim orada yaşayan erməniləri o torpaqlardan qovmaq fikrində deyil. Ancaq orada azərbaycanlılar da yaşayırdı. Mən özüm qarabağlıyam. Söhbət ondan gedir ki, azərbaycanlılar da öz yurdlarına dönməlidirlər. Bundan sonra hər iki icma bir yerdə yaşamaq üçün dil tapmalıdır. İşğalşı ordu Azərbaycan ərazilərində qaldıqca savaş davam edəcək, heç kim bunu gizlətmir. Bu savaş son erməni əsgəri Azərbaycan ərazisini tərk edənə qədər davam edəcək”.

Səfir Polad Bülbüloğlu qeyd edib ki, nə qədər ki, işğalçı tərəf azərbaycan tərəfinin səsini eşitməyib belə hadisələr baş verəcək. münaqişə həll edilməlidir:

“Bir neçə il öncə Soçidə üçtərəfli görüş keçirildi, bir sıra razılaşmalar əldə edildi, ancaq onların heç biri həyata keçirilmədi. Bu yaxınlarda yenə də neçə dinc vətəndaşımız həlak oldu. Bu nə qədər davam edə bilər ki? Hansı dövlət ərazilərinin 20 faiz işğalına göz yumar? Siz özünüzü bizim yerimizə qoyun”.

Səfirin digər maraqlı açıqlaması elə Rusiya rəhbərliyi barədə olub: “Prosesə Rusiya prezidenti Vladimir Putin qoşulub, Sergey Lavrov Azərbaycan zəng edib, Serget Şoyqu telefonla danışıb. Ancaq başa düşün ki, bu, problemin həlli deyil. Danışmaq da olar, zəng eləmək də olar, yenə də durumu sakitləşdirmək olar, ancaq 3 gün, 1 həftə, 1 ay sonra, yenə eyni durum yaranacaq. Problemi çözmək lazımdır. Bunun üçün də işğalçı ordunu Dağlıq Qarabağ ətrafındakı 5 rayondan çıxarmaq gərəkdir. Bu olmayana qədər toqquşmalar davam edəcək”.

Azərbaycan prosesin dinc yolla həllinə tərəfdardır deyən səfir vurğulayır ki, amma bu dinc danışıqlar bilinməyən zamana qədər uzana bilməz: “Mənim 71 yaşım var. Mən özüm də Qarbağdanam. Nəyə görə mən öz vətənimə getmək haqqımdan məhrum olmalıyam? Bunu kimsə mənə başa sala bilərmi? Ona görə ki, kimsə belə istəyir? Bəli, bu gün Azərbaycanın gücü, imkanı çatır ki, dinc yol nəticə verməsə, hərb yolu ilə işğalı durdursun. Savaş arzuedilən deyilsə, Ermənistana öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarması üçün basqı göstərilməlidir. Bundan sonra azərbaycanlıların və ermənilərin Dağlıq Qarabağda dinc yaşaması məsələsi həllini tapmalıdır. Düstur çox sadədir Bunun üçün oxuyub diplom almağa ehtiyac yoxdur”.









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ