Kəndlərimiz artilleriya atəşinə tutuldu: Yaralılar var
Mərmi kənd sakinin evinə düşüb.
Erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttindəki Seyidimli kəndini artilleriya atəşinə tutması nəticəsində kənd sakinlərindən iki nəfər yaralanıb.
lunar.az-ın APA-ya istinadən məlumatına görə, ermənilərin atdığı mərmilərdən biri kənd sakini Sahib Vəliyevin evinə düşüb.
Nəticədə 1951-ci il təvəllüdlü S. Vəliyev və onun nəvəsi, 2003-cü il təvəllüdlü Vəlizadə Sənan Saleh oğlu yaralanıb.
Yaralılar Tərtər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan APA-ya yaralıların daxil olması faktı təsdiqlənib.