Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Əliyev və Sarkisyan ABŞ-da Qarabağdan danışdı

Əliyev və Sarkisyan ABŞ-da Qarabağdan danışdı

Əliyev və Sarkisyan ABŞ-da Qarabağdan danışdı


Prezident İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan Vaşinqtonda ABŞ-ın vitse prezidenti Co Baydenla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. ANS PRESS-in məlumatına görə, görüş Ağ Evdə baş tutub.

Prezident İlham Əliyev görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində Birləşmiş Ştatların Azərbaycana verdiyi dəstəyə görə Co Baydenə minnətdarlığını bildirib. İlham Əliyev deyib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi prezident Barak Obamanın mövqeyi çox əhəmiyyətlidir.

"Qarabağ münaqişəsinin nizama salması prosesinə ABŞ-ın aktiv iştirakı çox vacibdir".
Co Bayden isə İlham Əliyev ilə görüşlərə böyük əhəmiyyət verdiklərini və bu görüşlərin Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini bildirdi.

O, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyini, bunun Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət daşıdığını vurğuladı.

Ermənistan prezidenti Serj Sarkisyan da Co Baydenlə görüşündə Dağlıq Qarabağ məsələsini müzakirə edib. Sarkisyan bildirib ki, Qarabağ münaqişəsinin nizama salınması prosesində ABŞ-ın aktiv iştirakı çox vacibdir:


“ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
“Ermənistan rəhbərliyi hələ də dünya ictimayyətinə inanır. Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupu vasitəsi ilə ciddi addımlar atılacağına ümid edirik”.

Co Bayden isə Suriyadan köç edən qaçqınların qəbuluna və onlara yaradılan şəraitə görə Ermənistanın səylərini yüksək qiymətləndirib.

Bayden və Sarkisyan vurğulayıb ki, birgə səy olacağı təqdirdə müasir çağırışlara qarşı gəlmək mümkün olacaq. Sarkisyan ABŞ konqresinə Qarabağ münaqişəsinin həlli ilə bağlı göstərdiyi diqqətə görə də təşəkkürlərini bildirib.


Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ-ın vitse - prezidenti Co Bayden
İlham Əliyev və Serj Sarkisyan Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Vaşinqtona səfərə gediblər. Bir müddət əvvəl prezidentlərin ABŞ-da görüşəcəyi barədə məlumatlar yayılsa da daha sonra həmin fakt təsdiqini tapmadı.

Prezidentlərin son görüşü ötən il dekabrın 19-da İsveçrənin Bern şəhərində baş tutub. Görüş ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə təşkil olunmuşdu.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ