Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Obama ilə görüş olacaq"

"Obama ilə görüş olacaq"



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfəri çərçivəsində prezident Barak Obama ilə görüşəcəyini açıqlayıb. ANS PRESSS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bu barədə prezident Ərdoğan Amerika səfərindən əvvəl hava limanında təşkil etdiyi mətbuat konfransında məlumat verib.

"Orada bir çox liderlə görüşəcəyik. Bu səfər yalnız Obamanın ikitərəfli görüşü üçün dəvət deyil. Bu zirvə görüşü üçün bir dəvətdir. G20-də necə görüş olubsa oradada eyni şəkildə olacaq. Nəzərə alın ki, 50-dən çox lider orada iştirak edəcək. Orada iştirak edəcək liderlərin ciddi bir qismi ilə özünün də görüşləri əlbətdə ki, olacaq.


Ağ ev Obamanın türkiyəli həmkarı ilə görüşməyəcəyinin səbəbini açıqladı
Biz də bu şəkildə orada onunla ikili görüş keçirəcəyik. Amma görüşün nə qədər davam edəcəyi gündəm, toplantının axışı ilə bağlı olacaq".

Prezident deyib ki, liderlərlə yanaşı iş dünyasının tanınmış simaları ilə də görüşlərin keçirilməsi planlaşdırılır. Ərdoğan ABŞ səfəri çərivəsində açılışını edəcəyi İslam Mədəniyyət Mərkəzi haqqında da danışıb. O, deyib ki, bu mərkəz son zamanlar İslama qarşı artan düşmənliyə ən mənalı cavab olacaq.


ABŞ səfəri öncəsi o, mart ayının 19-da Mayamidə həbs edilən iş adamı Rza Zərrabdan da danışıb. O, çirkli pulların yuyulması ilə məşğul olanların əslində ABŞ-da, Pensilvaniyada (red.Fətullah Güləni nəzərdə tutur) olduğunu deyib.

"Rza bəylə bağlı gərəkli cavabı onun vəkilləri hər halda verəcək, onu müdafiə edəcəklər. Bu ölkəmizlə bağlı bir məsələ deyil".








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ