Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Kinorejissor Tofiq İsmayılov dünyasını dəyişdi

Kinorejissor Tofiq İsmayılov dünyasını dəyişdi

Kinorejissor Tofiq İsmayılov dünyasını dəyişdi


Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü, kinorejissor Tofiq İsmayılov dünyasını dəyişib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Tofiq İsmayılov uzun sürən ağır xəstəlikdən sonra bu gün dünyasını dəyişib.


Tofiq İsmayılov Azərbaycan kinorejissoru, kinodramaturq, nasir, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi (1987), professor (1992), Azərbaycanın xalq artisti (2008), elmlər doktorudur. Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Uzun illər ərzində onlarla bədii filmə quruluş verib. O, milli dəyərlərə xüsusi diqqət yetirildiyi, tamaşaçıların rəğbətlə qarşıladıqları “Mən nəğmə bəstələyirəm”, “Bizim küçənin oğlanları”, “Gilas ağacı”, “Oxuyur Müslüm Maqomayev”, “Əzablı yollar”, “Musiqi müəllimi”, “Vulkana doğru” kimi filmlərin rejissorudur.

O, 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında çalışıb, kafedraya rəhbərlik edib. 1994-cü ildən Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetinin professoru, eyni zamanda İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşaviri olub. Tofiq İsmayılov iki qardaş ölkə arasındakı mədəni əlaqələrin möhkəmləndirilməsinə böyük xidmət göstərib. 2007-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ