Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
İstanbulda yaralananların 12-si xarici ölkə vətəndaşıdır

İstanbulda yaralananların 12-si xarici ölkə vətəndaşıdır

İstanbulda yaralananların 12-si xarici ölkə vətəndaşıdır


Bu gün səhər saatlarından Türkiyənin İstanbul şəhərində baş verən terror aktı zamanı yaralananların 12-si xarici vətəndaşdır.

ANS PRESS-ə İstanbul valiliyindən verilən məlumata görə, yaralıların 6-sı İsrail, 1-i İslandiya, 1-i İran, 1-i Dubay, 2-si İrlandiya və 1-i Almaniya vətəndaşıdır. Valilik həm də hadisə zamanı 46 nəfərin yaralandığını açıqlayıb. Bundan əvvəlki açıqlamada isə yaralı sayının 36 olduğu bildirilmişdi.

***15:50***

Bu gün səhər saatlarından Türkiyənin İstanbul şəhərində baş verən terror aktı zamanı yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə məlumatı ANS PRESS-ə İstanbul valiliyi və Azərbaycanın Baş Konsulluğunun vitse konsulu Tural Hüseynəliyev verib.

Taksim meydanı yaxınlığında, Bəyoğlu istiqamətində - İstiqlal caddəsi adlanan yerdə baş verən partlayış nəticəsində yaralananların sayı artıb. Belə ki, son məlumata görə, hadisə zamanı 36 nəfər yaralanıb ki, onlardan da 7-nin vəziyyəti ağırdır.

Vəziyyəti daha ağır olan 4 nəfər əməliyyat edilir. Ölənlərin şəxsiyyəti hələ bəlli deyil.

Türkiyənin səhiyyə naziri Mehmet Müzezzinoğlu yaralılardan 12-nin əcnəbi olduğunu deyib. Yaralılar arasında İsrail, Almaniya, İran vətəndaşları var. "Ümid edirəm ki, yeni itkilər olmaz".

Nazir ikinci bir bomba ehtimalını da dəyərləndirib. "Əsla yoxdur demək mümkün deyil. Belə xaincə bir hücumu planlaşdıranlar yenə də edə bilər. İnsanlığı qətl edən zehniyyəti lənətləyirəm. Bursadakı proqramı yarıda saxlayaraq İstanbula gedirəm. Baş nazirin toplantısına qatılacağam".








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ