Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Əliyev və Srkisyan ABŞ-da görüşə bilər

Əliyev və Srkisyan ABŞ-da görüşə bilər

Əliyev və Srkisyan ABŞ-da görüşə bilər


Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan bu ayın sonunda görüşə bilər. Görüşün Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizlik Sammiti çərçivəsində baş tuta biləcəyi istisna edilmir.

ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədrləri, xüsusilə ABŞ sammit çərçivəsində prezidentlərin görüşü üçün səylərini əsirgəmir.


"Prezidentlərin sonuncu görüşü Berndə olub. Görüş çətinliklə ötən ilin dekabr ayında təşkil edilmişdi. Hazırda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar dalana dirənib", - deyə "Aykakan Jamanak" qəzeti yazıb.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan martın 31-də Vaşinqtonda başlayacaq Nüvə Təhlükəsizliyi Sammitində iştiraklarını təsdiqləyiblər. İclasda Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Azərbaycan və Ermənistan prezidentlərinin Bern görüşü (19.12.2015)
Bern görüşü ötən ilin dekabr ayının 19-da baş tutub. İlham Əliyev ilə Serj Sarkisyan arasında son görüş bir saata yaxın davam edib. Azərbaycan və Ermənistan prezidentləri Minsk qrupu formatına sadiqliklərini təsdiq ediblər. Bu, ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda yer alıb. "Prezidentlər nizamlama danışıqlarının davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar həmçinin Minsk qrupu formatına sadiqliklərini təsdiq ediblər".

Bundan öncəki görüş isə 2014-cü il oktyabrın 27-də Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə Parisdə baş tutmuşdu. Olland, Əliyev və Sarkisyan arasındakı üçtərəfli görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər.

Paris görüşü Azərbaycan və Emənistan prezidentlərinin 2014-cü ildə üçüncü görüşü olub.








Nutella от 18 mart 2016 22:53
ne qeder gorus olur olsun xeyri yoxdu hele licimsizin boyuna baxda bildiyinin yarisi yerin altda
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ