Rusiya İrana dəmir yolu ilə yanacaq tədarükünə başlayıb
Ukraynada apardığı müharibə ilə əlaqədar ənənəvi alıcılarının ticarətdən yan qaçdığı Rusiya bu il ilk dəfə olaraq İrana dəmir yolu ilə yanacaq tədarükünə başlayıb.
Lunar.az “Reuters”ə istinadən xəbər verir ki, Qərbin sanksiyaları altında olan Rusiya və İran iqtisadiyyatlarını dəstəkləmək və hər iki ölkənin əsassız hesab etdiyi Qərb sanksiyalarının təsirini azaltmaq üçün daha sıx əlaqələr qurur.
Bildirilir ki, Rusiya hələ ötən il İranla neft məhsullarının mübadilə tədarükünə başladığını elan etsə də, faktiki tədarüklər yenicə başlayıb. Fevral və mart aylarında Rusiya İrana 30 min tona qədər benzin və dizel yanacağı ixrac edib. Yanacağın bütün həcmləri dəmir yolu ilə, Qazaxıstan və Türkmənistandan keçməklə İrana çatdırılıb.