"Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arioğflu dünən silahlı hücuma məruz qalan deputat Fazil Mustafa ilə telefon əlaqəsi saxlayıb.
Lunar.Az xəbər verir ki. R.Arifoğlu Feysbuk hesabında telefon danışığını paylaşıb.
Danışıq zamanı R.Arifoğlu hadisəni törətməkdə İran meyilli qüvvələrdən şübləhəndiyini vurğulayıb.
Səhhətinin yaxşı olduğunu qeyd edən deputat Fazil Mustafa bunu belə cavablayıb:
"Mənim də bundan başqa versiyam yoxdur. Yəqin elədir. Bu, terror aktı idi. Birbaşa hədəfə vurdular. Cəld tərpənib evə qaça bildim. Allah yaşadanda yaşadır. Mənə dəyən güllələr qalmayıb, deşik açıb, keçib. Siz də bir az ehtiyatlı olun ".
Qeyd edək ki, millət vəkili Fazil Mustafa müalicə aldığı tibb müəssisəsində ikinci dəfə əməliyyat olunub.
Xatırladaq ki, dünən Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. Fazil Mustafa iki güllə yarası alıb. Çiyin nahiyəsindən və ayağından yaralanan milıət vəkilinə ilk olaraq kliniki tibbi mərkəzdə həkim müdaxiləsi edilib. Sonra isə deputatın təhlükəsizliyinin daha yaxşı təşkil olunması məqsədilə o hüquq mühafizə orqanlarından birinin hospitalına aparılıb.