Günəşin səthində 31 mart tarixinə qədər Günəş küləyini Yerə doğru istiqamətləndirə biləcək nəhəng "dəlik" peyda olub.
Bu, son vaxtlarda peyda olan ikinci "dəlik"dir. Bu yaxınlarda Günəşdə Yerdən 30 dəfə böyük olan tac "dəliyi" aşkar edilmişdi.
Lunar.Azoxu.az-a istinadən xəbər verir ki, Koronar "dəlik"lər kosmosa Günəş küləyi buraxır ki, bu da peyklərə zərər verə və Yerdə qütb parıltılarına səbəb ola bilər.
Alimlərin fikrincə, yeni "dəlik" Günəşin ekvatoruna yaxın ərazidə yerləşir.
Günəş təxminən hər 11 ildən bir baş verən pik aktivliyinə yaxınlaşdıqca, bu "dəlik"lərin Günəş ekvatoru yaxınlığında görünmə ehtimalı artır.