Millət Vəkili Fazil Musatafaya sui-qəsd olub.Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, deputat yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib.
Ayağından və çiynindən güllə yarası alan deputat xəstəxanaya yerləşdirilib.
Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Araşdırmalar davam etdirilir.
***
Millət vəkili Fazil Mustafa güllələnib.APA xəbər verir ki, deputar evinin yaxınlığında marketdən çıxan zaman naməlum şəxs və şəxslər tərəfindən güllələnib.
Hazırda deputat təcili yardım briqadası tərəfindın xəstəxanaya aparılır.
Fazil Mustafanın qardaşı APA-ya açıqlamasında faktı təsdiqləyib.